AFFA “Zirə”nin oyunçusunun cəzasını yüngülləşdirdi
08.11.2016 - 14:04
AFFA “Zirə”nin oyunçusunun cəzasını yüngülləşdirdi

AFFA “Zirə”nin müraciətini müsbət dəyərləndirib. Apasport.az saytının məlumatına görə, əvəzedici heyətlərin IX turunun AZAL  – “Zirə”  matçındakı hərəkəti üzündən 4 oyunluq cəzalanan Əmrah Əliyevin cəzası yüngülləşdirilib.

 

Belə ki, paytaxt təmsilçisi Apelyasiya Arbitraj Tribunalına müraciət edərək məsələyə yenidən baxılmasını xahiş edib. Bunu nəzərə alan qurum İntizam Komitəsinə müraciət ünvanlayıb.

 

Bugünkü iclasında baş verənlərə yenidən baxan komitə üzvləri Əliyevə verilmiş 4 oyunluq cəzanin 2 oyunluq şərti  cəza kimi tətbiq edilməsini məqsədəuyğun sayıb. Bundan başqa futbolçuya 6 ay sınaq müddəti verilib. Həmin müddət ərzində oyunçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.