Bu gün AFFA-nın inzibati binasında AFFA yanında Media Komitəsinin İşçi Qrupunun ilk iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, baş katib Elxan Məmmədov Media Komitəsinin yaradılması istiqamətində qısa müddət ərzində ciddi işlərin görüldüyünü vurğulayıb.
İşçi Qrupda vakant yerə AFFA sportbox.az saytının redaktoru Elmir Əliyevin namizədliyini irəli sürülüb. Elmir Əliyev İşçi Qrupun üzvləri tərəfindən yekdilliklə qrupa üzv seçilib.
Müzakirələrdə komitənin fəaliyyətinin hüquqi bazasının hazırlanması, görüləcək işlərin konkret istiqamətinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.
affa.az
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”