Agenti Pyaniçin yeni komandasını açıqladı
10.06.2016 - 20:54
Agenti Pyaniçin yeni komandasını açıqladı

Bosniyalı oyunçu Miraləm Pyaniç yeni komandaya keçmək üzrədi. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi “Yuventus”la anlaşmağa yaxındı.

 

Bu barədə futbolçunun agenti Adil Yunuzoviç açıqlama verib. O bildirib ki, Turin klubu bu keçid üçün 38 milyon avrosundan keçməyə  hazırdı. Tərəflər arasında gələn həftə rəsmi anlaşma imzalanacağı gözlənilir. 

 

Pyaniçlə PSJ, “Çelsi” və “Barselona” maraqlansa da “qoca sinyora” qabağa düşüb.

 

Qeyd edək ki, Miraləm Pyaniç ötən mövsüm “canavarlar”ın heyətində 42 oyunda meydana çıxıb və 12 qol vurub. O, 13 oyunda da məhsuldar ötürmə ilə yadda qalıb.