Albanın əvəzinə “Arsenal”ın futbolçusu
07.10.2016 - 18:13
Albanın əvəzinə “Arsenal”ın futbolçusu

İspaniya yığmasının heyətində dəyişiklik olub. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, “Barselona”nın futbolçusu Xordi Alba heyətdən çıxarılıb.

 

Buna 27 yaşlı müdafiəçinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya ilə görüşdə zədələnməsi səbəb olub.


Albanın əvəzinə milliyə “Arsenal”ın üzvü Naço Monreal dəvət edilib.