[b]UEFA prezidenti AFFA-nın dəvətinə cavab verdi [/b]
22.09.2016 - 16:58
UEFA-nın yeni prezidenti Aleksander Çeferin Bakıya gələcək. Apasport.az xəbər verir ki, o, AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən ölkəmizə təşrif buyuracaq.
Çeferinlə yanaşı, baş katib Teodor Teodoridis də AÇ-2020-nin 4 oyununa ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək.
Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov bir neçə gün öncə apasport.az saytına açıqlamasında Çeferini Bakıya dəvət etdiklərini açıqlamışdı.
0
0