Aleksis Sançes istirahətdən imtina etdi
01.08.2015 - 19:44
“Arsenal”ın hücumçusu Aleksis Sançes əlavə istirahətdən imtina edib. Apasport.az saytının məlumatına görə, “topçular”ın baş məşqçisi Arsen Venger çilili hücumçuya vətəninində keçirilmiş Amerika Kubokunda iştirak etdiyi üçün əlavə istirahət etmək şansı yaratmışdı.
Ancaq hücumçu bu şansdan istifadə etmək istəmir. O, artıq komandanın rəhbərliyinə və baş məşqçisinə bildirib ki, tez bir zamanda kollektivə qoşulmaq və məşqlərdə iştirak etmək istəyindədi.
Hücumçu bunu komandadan ayrı düşməmək və ümumi planda məşqlərdən geri qalmamaq üçün etdiyini bildirib.
0
0