Almaniya millisində ağır itki: Avropa çempionatını buraxa bilər
23.03.2016 - 20:15
Almaniya millisində ağır itki: Avropa çempionatını buraxa bilər

Almaniya millisi İngiltərə və İtaliya ilə yoldaşlıq oyunları öncəsi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “bundestim”in yarımmüdafiəçisi Bastian Şvaynştayger məşqdə zədələnib.

 

“Mançester Yunayted”in də formasını geyinən oyunçu dizindən xəsarət alıb. Onun dəqiq vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək. 31 yaşlı futbolçunun diz bağlarında qopma olması ehtimalı var. Hələlik bu fərziyyə təsdiq edilməyib. Əgər zədə gözlənilən qədər ciddi olsa, yarımmüdafiəçi mövsümün geri qalanını, hətta AVRO-2016-nı buraxa bilər.

 

Ancaq Şvayninin qarşıdakı iki yoldaşlıq oyununda komandasına kömək edə bilməyəcəyi dəqiqdi.