Almaniya millisinin Bakıya gələcək heyəti müəyyənləşdi
21.04.2016 - 09:22
Almaniya millisinin Bakıya gələcək heyəti müəyyənləşdi

17 yaşadək futbolçular arasında Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsinin daha bir iştirakçısı heyətini açıqlayıb. Apasport.az saytının məlumatıma görə, baş məşqçi Meykel Şönveyts Almaniya milli komandasının Bakıya gələcək 18 futbolçusunu müəyyənləşdirib.

 

Bunlardan 2-si qapıçı, 8-i müdafiəçi, 6-sı yarımmüdafiəçi, 2-si hücumçudu. Azərbaycan millisinin sabiq futbolçusu Renat Dadaşov da “18-lik”də yer alıb.

 

Baş məşqçi Meykel Şönveyts 14 oyunçuluq ehtiyat heyət də müəyyənləşdirib. O, “18-lik”dən kiminsə zədələnəcəyi halda dəyişiklik etmək ehtimalını nəzərə alıb.

 

Qapıçılar: Yan Kristof Bartel, Lennart Qril (hər ikisi “Mayns”)

 

Müdafiəçilər: Alfons Amade (“Hoffenhaym”), Tom Bak (“Bohum”), Florian Bak (“Herta”), Yan-Niklas Bert (“Borussiya” D), Mika Hanrat (“Fortuna”), David-Cerom İtter, Can-Luka İtter (hər ikisi “Volfsburq”), Sven Sonnenberq (“Köln”)

 

Yarımmüdafiəçilər: Atakan Akkaynak, Kay Haverts (hər ikisi “Bayer” L), Yano Baksman (“Verder”), Yannis Kubler (“Karlsrue”), Arne Mayer (“Herta”), Sem Frank Şrek (“Sankt-Pauli”)

 

Hücumçular: Renat Dadaşov (“Leypsiq”), Yari Otto (“Volfsburq)

 

Ehtiyat oyunçular: Ali Ferati, David Qrozinqer (hər ikisi “Ştutqart”), David Niland (“Volfsburq”), Nik Förster (“Ayntraxt” F), Ron Torben Hoffman, Timoti Tilman (hər ikisi “Bavariya”), Florian Kruqer, Timon Veyner (hər ikisi “Şalke”), Kinton Mayna (“Hannover”), Bennet Şauer (“Hamburq”), Killan Senkbeyl, Tim Şüler (hər ikisi “Leypsiq”), Jülien Şvermann, Dominik Vanner (hər ikisi “Borussiya” D)