Ançelotti “Real”dan qovula bilər
11.03.2015 - 09:32
Ançelotti “Real”dan qovula bilər

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti postundan qovula bilər. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi italiyalı çalışdırıcının işindən narazıdı.

 

2015-ci ilə uğursuz start verən “Real” son oyunlarda qələbəyə həsrət qalıb. Komandanın Çempionlar Liqasının 1/8 final mərhələsinin “Şalke” ilə keçirilən cavab oyununda 3:4 hesablı məğlubiyyətə uğraması rəhbərliyin səbr kasasını daşırıb. Azarkeşlər də mərhələ adlamasına baxmayaraq, “kral klubu”nun oyunçularını fitə basıblar.

 

Uğursuz nəticələrdən sonra klub rəhbərliyinin Ançelotti ilə yenidən görüşəcəyi bildirilir. İtaliyalı çalışdırıcının istefaya göndəriləcəyi istisna edilmir. Onun yerini isə keçmiş futbolçu Zinəddin Zidan tuta bilər.