Anelka “Vest Bromviç”lə müqaviləni pozdu
15.03.2014 - 02:18
Anelka “Vest Bromviç”lə müqaviləni pozdu

Fransa yığmasının hücumçusu Nikola Anelka İngiltərənin “Vest Bromviç” klubu ilə müqaviləni pozduğunu elan edib. Apasport.az saytının məlumatına görə, buna klub rəhbərliyinin ona ultimatum irəli sürməsi səbəb olub.

 

Anelka fevral ayında İngiltərə Futbol Assosiasiyası tərəfindən 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Assosiasiya onu yəhudiləri təhqir etməkdə günahlandırıb. Guya ki, Anelka faşist salamını başqa formada (əlini aşağı salaraq və çevirərək) nümayiş etdirib. Fransa idman naziri Valerii Furneyron da müsəlman futbolçunu ittiham edib. Bundan sonra “Vest Bromviç” onu müvəqqəti olaraq məşqlərdən kənarlaşdırıb.

 

Dünən isə 35 yaşlı futbolçu komandası ilə müqaviləni pozduğunu elan edib: “Klubla danışıqlarda mənə komandaya qayıtmaq üçün bir sıra şərtlər irəli sürüldü. Öz azadlığımı qorumaq üçün “Vest Bromviç”lə 2014-cü ildə bitəcək müqaviləmi pozmaq qərarına gəldim”.

 

Anelka Fransa yığmasının heyətində 2000-ci ildə Avropa çempionu olub. O, yığmada 69 oyun keçirib və 14 qol vurub. O, “Arsenal” və “Çelsi”nin heyətində İngiltərə çempionu, “Yuventus”un tərkibində İtaliya çempionu, “Fənərbaxça”nın heyətində Türkiyə çempionu olub. “Real Madrid”lə bir yerdə isə Çempionlar Liqasında qalib gəlib.

 

 

0