Argentina millisi superulduzların xidmətindən məhrum olub
30.08.2016 - 01:00
Argentina millisi superulduzların xidmətindən məhrum olub

“Barselona”nın hücumçusu Lionel Messi Argentina millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Uruqvay (2 sentyabr) və Venesuela (7 sentyabr) ilə matçlarında iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb ulduz oyunçunun zədələnməsidir.

 

Hücumçunun millinin düşərgəsində olmasına baxmayaraq, onun bu oyunlarında meydana çıxmasını həkimlər məsləhət bilməyib.

 

Qeyd edək ki, daha əvvəl “Mançester Siti”nin oyunçusu Kun Aquero və PSJ-li Xavier Pastorenin də yığmaya kömək edə bilməyəcəyi açıqlanmışdı.