Asim Xudiyev Makedoniya millisinin oyununda
31.08.2016 - 13:01
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin matçında iş başında olacaq.
Xudiyev sentyabrın 6-da keçiriləcək Makedoniya – Şimali İrlandiya oyununun hakim-inspektoru funksiyasını icra edəcək. Bu qarşılaşma Skopye şəhərində baş tutacaq.
Mənbə: affa.az
0
0