[b]Millimiz 3-cü yeri 4 qolla qazandı[/b]
21.09.2016 - 09:00
[b]Millimiz 3-cü yeri 4 qolla qazandı[/b]

19 yaşadək qızlar arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində VIII qrupda oyunlara yekun vurulub Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi də son matçına çıxıb.

 

Komandamız axırıncı görüşündə latviyalı həmyaşıdları ilə üz-üzə gəlib. İlk yarıda 3 qol vuran millimiz matçın taleyini fasiləyədək həll edib.

 

Sonda 4:0 hesabı ilə qalib gələn yığmamız seçmə mərhələni 3-cü pillədə başa vurub. Mübarizəni dayandıran yığmamızın qrupunun qalibi isə İspaniya olub.

 

Qeyd edək ki, millimiz Ukraynaya 1:2, İspaniyaya 0:7 hesabı ilə uduzmuşdu.

 

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi

VIII qrup, III tur

20 sentyabr

 

Azərbaycan – Latviya – 4:0

Qollar: Merve Özdəmir, 15, 50, Malə Mollayeva, 27, Gültac Məmmədəliyeva, 44

Hakimlər: Kriso Georgiou, Niki Karagiorgi (hər ikisi Kipr), Kristina Bujor, Aleksandra Teodora Apostu (hər ikisi Rumıniya)

UEFA nümayəndəsi: Olesya Berdea (Moldova)

Hakim-inspektor: Olesya Berdea (Moldova)

Bakı Olimpiya Stadionu

 

Ukrayna – İspaniya – 0:5

Hakimlər: Qratsiella Pirriatore, Tiziana Trasçiatti (hər ikisi İtaliya), Gülyana Güvəndiyeva, Yuliya Larionova (hər ikisi Azərbaycan)

UEFA nümayəndəsi: Con Ferri  (Şimali İrlandiya)

Hakim-inspektor: Con Ferri (Şimali İrlandiya)

Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

 

1

İspaniya

3

3

0

0

30-0

9

2

Ukrayna

3

2

0

1

7-8

6

3

Azərbaycan

3

1

0

2

5-9

3

4

Latviya

3

0

0

3

2-27

0

 

0