Avropa Liqasında antirekord
26.02.2016 - 10:21
Avropa Liqasında antirekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Avstriyanın “Rapid” klubu İspaniya “Valensiya”sına iki oyunun cəmində 0:10 hesabı ilə uduzub.
Bununla da Vyana təmsilçisi yarışın pley-off mərhələlərində eyni rəqibdən ən çox qol buraxan komanda adına şərik çıxıb. İndiyədək yalnız bir dəfə hansısa komana 10 top buraxmışdı.
2010/11 mövsümünün 1/4 finalında Portuqaliya təmsilçisi “Porto” Rusiya “Spartak”ına 10 qol vurmuşdu – 5:1, 5:2.
0
0