Futzal üzrə milli komandaların 2014-cü il üçün son reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilin yekun cədvəlində planetin 151 yığması yer alıb.
Siyahıda cüzi dəyişikliklər olub. Amma bunlar Azərbaycan millisinə təsir etməyib.
Belə ki, hesabında 1393 xal olan komandamız 12-ci pillədə qalıb. Millimiz Avropa yığmaları arasında 7-cidi.
Dünyanın ən güclü 12 millisi
1. İspaniya - 1915
2. Braziliya - 1910
3. İtaliya - 1747
4. Rusiya – 1739
5. Argentina – 1684
6. Portuqaliya - 1618
7. İran - 1588
8. Ukrayna – 1474
9. Kolumbiya - 1415
10. Yaponiya - 1401
11. Çexiya - 1399
12. AZƏRBAYCAN – 1393
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”