Azərbaycan kubokunun sabah keçiriləcək 1/4 final mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi qarşılaşmalardan üçünə 6, Lənkərandakı görüşə 4 ədalət təmsilçisi göndərməyi lazım bilib.
Belə ki, 3 matçda əlavə köməkçi hakimlər iş başında olacaqsa, “Xəzər Lənkəran” – “İnter” oyununda buna ehtiyac duyulmayıb. Daha çox maraq kəsb edən AZAL – “Neftçi” qarşılaşması isə İnqilab Məmmədova tapşırılıb.
1/4 final, cavab oyunları
13 mart (cümə)
15:00. AZAL – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev
AZAL Arena
17:00. “Xəzər Lənkəran” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
“Xəzər Lənkəran” mərkəzi stadionu
15:00. “Bakı” – “Qarabağ”
Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
17:00. “Simurq” – “Qəbələ”
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov
Zaqatala şəhər stadionu
Mənbə: pfl.az