“Sumqayıt”dan əzmkar qələbə - YENİLƏNİB
28.03.2014 - 16:50
“Sumqayıt”dan əzmkar qələbə - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında IV dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, XXVIII turun ilk oyun günündə 1 qarşılaşma baş tutub.

 

Çempionatın autsayderi “Sumqayıt” AZAL-ı qəbul edib. Bunadək 9 turdur qələbə qazana bilməyən qonaqlar matça erkən qolla başlayıb.

 

Lakin son 15 qarşılaşmada qol buraxan bakılılar arxa xətti bu dəfə də uğursuz çıxış edib. Belə ki, autsayder 2 qol vurub və əzmkar qələbə qazanıb. Ardıcıl 3 quru məğlubiyyətdən sonra qazanılan qələbə Aqil Məmmədovun yetirmələrinin 3-cü uğuru olub.

 

AZAL isə Tərlan Əhmədovun rəhbərliyi altında ikinci oyunda da xalsız qalıb. Paytaxt təmsilçisi yenə eyni – 1:2 hesabı ilə uduzub.


Topaz Premyer Liqası

XXVIII tur

28 mart (cümə)
“Sumqayıt” – AZAL - 2:1
Qollar: 
Məhəmməd Qurbanov, 21; Uğur Pamuk, 55 - Laşa Kasradze, 7

İlk 3 dövrədəki oyunlar: 0:1, 0:0, 2:2
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Nail Nağıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 1. Andrey Popoviç, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 3. Vurğun Hüseynov, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli, 18. Aleksandr Çertoqanov, 77. Ramil Mansurov
Baş məşqçi: Aqil Məmmədov

AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Jose Junior Ailton, 23. Tural Nərimanov, 20. Branislav Arsenyeviç, 32. Laşa Kasradze, 18. Samuel Barlay, 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev, 9. Orxan Həsənov, 10. Con Oluremi, 89. Nedo Turkoviç
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev, 22. Axtam Xamroqulov, 8. Qərib İbrahimov, 28. Emin Cəfərqluliyev, 31. Şəhriyar Rəhimov
Baş məşqçi: Tərlan Əhmədov

 

 
komanda o q h m t x
1
Qarabağ
27
17
7
3
50-14
58
2
Neftçi
27
14
6
7
40-33
48
3
İnter
27
13
6
8
41-31
45
4
Bakı
27
13
6
8
43-29
45
5
Qəbələ
27
13
5
9
37-28
44
6
Simurq
27
10
9
8
30-20
39
7
Xəzər L 27
8
10
9
28-38
34
8
AZAL
28
6
8
14
27-42
26
9
Rəvan
27
3
8
16
15-46
17
10
Sumqayıt
28
3
7
18
18-48
16


​Bombardir: Reynaldo (Qarabağ- 15

0