Azərbaycan çempionatının mükafatçısı İtaliya klubunda
20.08.2015 - 09:07
“Azərreyl”in sabiq voleybolçusu Lora Kitipova özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı setter karyerasını İtaliyada davam etdirəcək.
Son iki mövsümü ölkəmizdə çıxış edən Kitipova “Viçentsa” ilə anlaşıb.
2014/15 mövsümündə “Azərreyl”in şərəfini qoruyan legioner bundan əvvəlki çempionatda “Azəryol”un formasını geyinib. O, ötən mövsüm komandası ilə bürünc qazanıb.
0
0