Azərbaycan çempionu ən yaxşılar arasında
15.10.2016 - 16:07
Azərbaycan çempionu ən yaxşılar arasında

Naxçıvanın “Araz” klubu UEFA kubokunun arxada qalan hissəsində ən yaxşılardan biridi. Apasport.az saytının məlumatına görə, təmsilçimiz UEFA-nın açıqladığı statistik göstəricilərdən bəzilərində liderlər sırasında qərarlaşıb.

 

Keçirdiyi 3 matçda 23 dəfə fərqlənən komandamız orta məhsuldarlıqda 2-cidi. Hər oyuna 7,67 top vuran “Araz” yalnız Finlandiya “Slevi”sindən geri qalır. Skandinaviyalılarda bu rəqəm 8,00-dı.

 

3 matçda qapı istiqamətində 175 zərbə vuran naxçıvanlılar hər qarşılaşmada 58,33 dəfə çərçivəni nişan alıb. Azərbaycan çempionu bu göstəricidə hamıdan öndə qərarlaşıb.

 

Keçirdiyi matçlarda 42 künc zərbəsi yerinə yetirən təmsilçimiz hər oyuna orta hesabla 14 belə şans qazanıb. Bu göstəricidə 2-ci olan çempionumuz yalnız Monteneqro “Militari”sindən geridədi. Balkanlıların orta göstəricisi 16,33-dü.

0