Ağdamın “Qarabağ” klubu Azərbaycan futbolu tarixində yeni rekord yazıb. Apasport.az saytının məlumatına görə, Avroliqanın I təsnifat mərhələsində Litva təmsilçisi “Banqa” ilə qarşılaşan komandamız görünməmiş nəticəyə imza atıb. Azərbaycan klublarının avrokuboklarda 3-cü böyük hesablı qələbəsini qazanan ağdamlılar birdən-birə 2 nailiyyətin müəllifi olublar.
Birincisi, ilk dəfə Azərbaycan komandası səfərdə 3 və ya daha çox top fərqi ilə qalib gəlib. İndiyəqədərki hər 2 qələbə evdə qeydə alınmışdı.
İkincisi, avrokuboklarda ən böyük qələbəmiz qazanıldı. İndiyə qədərki hər 2 uğurumuzda 3 top fərqinə sevinmişdik. Özü də bunların biri əlavə vaxtda gerçəkləşmişdi. “Qarabağ” isə “Banqa”ya 4 cavabsız qol vurdu – 4:0.
19.07.2000 ÇL “Şəmkir” – “Skonto” (Latviya) 4:1
01.07.2009 “Qarabağ” – “Metallurq” (Makedoniya) – 4:1
30.06.2011 “Banqa” (Litva) – “Qarabağ” – 0:4
Vüqar XEYRULLAYEV
Azərbaycan futbolunda görünməmiş hadisə Litvada gerçəkləşdi
30.06.2011 - 21:32
0
0