[b]Azərbaycan təmsilçisi Avropanın ən yaxşısıdı[/b]
22.12.2016 - 18:41
Avropa triatlonçularının 2016-cı il üqçün yekun reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri də cədvəldə yer alıb.
Kişilərin reytinq siyahısına da məhz ölkəmizin təmsilçisi başçılıq edir. Hesabında 1339 xal olan idmançımız qitənin ən yaxşısıdı.
O, ilk “üçlük”də yer alan rusiyalı Dmitri Polyanski və Fransesk Qodoyu arxada qoyub.
Qadınların reytinq siyahısında isə Kseniya Levkovskaya ölkəmizi təmsil edir. O, cədvəlin 14-cü yerdə qərarlaşıb. İdmançımızın aktivində 1066,11 xal var.
0
0