Azərbaycan yığması oynamadan xal qazanacaq
08.05.2015 - 12:20
Azərbaycan yığması oynamadan xal qazanacaq

FİFA milli komandaların növbəti reytinq cədvəlini iyunun 4-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, dünən açıqlanan siyahıda 264 xalla dünyanın 116-cı komandası olan Azərbaycan millisi 4 həftə ərzində heç bir rəsmi matça çıxmayacaq.

 

Buna baxmayaraq, komandamızın xal hesabında dəyişiklik qeydə alınacaq. Robert Prosineçkinin yetirmələri 28 gün ərzində oynamadan 8 xal qazanacaq.

 

Belə ki, gələn ay yığmamızın hesabında 272 xal olacaq. Bu artımın millinin mövqeyinə ciddi təsir etməyəcəyi gözlənilir.

 

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu iyunun 12-də Osloda Norveçə qarşı keçirəcək.