Azərbaycanlı futbolçu klubunun ən yaxşısı oldu
01.06.2016 - 19:33
Moskvanın “Lokomotiv” klubunda ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında keçirilmiş sorğuya görə 2015/16 mövsümünün qalibi bəlli olub.
Səs verən bütün fanatların 36,3% səsini toplamış Aleksandr Səmədov birinci yeri tutub. Azərbaycan əsilli yarımmüdafiəçiyə 2347 nəfər səs verib. İkinci yeri isə 1187 səslə (18,3%) artıq klubdan ayrılmış Omar Niasse tutub. İlk üçlüyü isə qapıçı Marinato Gilermo (841 səs, 13%) qapayıb.
Qeyd edək ki, Səmədov geridə qalan mövsümdə Premyer Liqada 28 matçda meydana çıxıb və 9 qol vurub.
0
0