Azərbaycanlı pilotun İspaniya sınağı
26.10.2016 - 18:41
Azərbaycanlı pilotun İspaniya sınağı

“Kampos Rasinq” komandasından iştirak edən azərbaycanlı pilot Gülhüseyn Abdullayev İspaniyanın Xeres trekində keçiriləcək beynəlxalq seriyalı “EuroFormula Open” yarışlarının növbəti mərhələsində iştirak edəcək. Apasport.az saytının məlumatına görə,  bu mərhələ mövsüm üzrə çempionluq uğrunda mübarizəsinin yeddinci yarışı olacaq.

 

Hal-hazırda Gülhüseyn çempionatda iştirak edən 28 pilot arasında 24-cü yerdə qərarlaşıb. Onun yarışlarda ən yaxşı göstəricisi Montsa trekində qazandığı 15-ci yerdi. 

Qeyd edək ki, Abdullayev “Euroformula Open" kimi beynəlxalq yarışlarında çıxış edən yeganə və ilk azərbaycanlı pilotdu.