Bakıya gəlməli olan futbolçu “Ayaks”la anlaşdı
20.04.2016 - 19:44
Bakıya gəlməli olan futbolçu “Ayaks”la anlaşdı

Məşhur hollandiyalı hücumçu Patrik Klyuvertin oğlu Castin “Ayaks”la peşəkar müqaviləyə imza atmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu barədə Hollandiyanın “De Telegraaf” nəşrinə keçmiş hücumçu açıqlama verib.

 

“Mən oğlumla fəxr edirəm. O da mənim kimi karyerasına “Ayaks”da başlayacaq. Biz artıq müqavilənin detallarını razılaşdırmışıq. 2019-cu ilin sonuna kimi anlaşma əldə elədik, qalır bircə uyğun vaxt tapıb imza mərasimini keçirmək” – deyə “portağallar”ın keçmiş forvardı bildirib.

 

Qeyd edək ki, 16 yaşlı Castin “Ayaks”ın sistemində yetişib və Hollandiyanın U-17 millisinin şərəfini qoruyur. Onun may ayında Azərbaycanda keçiriləcək 17 yaşlı futbolçular arasında Avropa çempionatında çıxış edəcəyi gözlənilir.