“Seltik”lə birlikdə Şotlandiya çempionu olan Brendan Rocers komandasının mükafatlandırılma mərasimində çalışığı ən yaxşı futbolçu haqqında sualı cavablandırıb. Apasport.az saytının məlumatına görə, britaniyalı mütəxəssis zarafatından qalmayıb.
O, birlikdə işlədiyi ən yaxşı futbolçu kimi 2014/15 mövsümündə “Liverpul”da rəhbərliyi altında oynamış və 16 matçda sadəcə 1 qol vurmuş Mario Balotellinin adını çəkib.
Onun bu zarafatı isə cavabsız qalmayıb. Belə ki, hazırda “Nitsa”da çıxış edən Mario öz tvitter hesabından Rocersə səslənib: “Brendan, sən də mənim işlədiyim ən yaxşı baş məşqçisən. İnanılmazdır”.
Qeyd edək ki, 2016-cı ildən “Nitsa”da oynayan Super Mario 21 oyunda 14 qol vurub.