Belçika millisi internetdə axtardığını İspaniyada tapdı
04.08.2016 - 01:48
Belçika millisi internetdə axtardığını İspaniyada tapdı

Belçika millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandanın Avropa çempionatında uğursuz çıxışından sonra istefaya göndərilən Mark Vilmotsu Roberto Martinez əvəzləyib.


İspan çalışdırıcı ilə “qırmızı şeytanlar” arasında iki illik müqavilə imzalanıb. 43 yaşlı mütəxəssisin son klubu “Everton” olub.

 

Qeyd edək ki, ötən ay rəsmi saytı vasitəsilə elan verən Belçika Futbol Federasiyası yeni baş məşqçini internet vasitəsilə axtarırdı.