Benteke üsyan edir
24.03.2016 - 21:29
Benteke üsyan edir

“Liverpul”un hücumçusu Kristian Benteke baş məşqçisi Yürgen Klopa etirazını bildirib. Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu əsas heyətə düşməməyindən narazıdı.

 

25 yaşlı oyunçu Klopun seçimini başa düşmədiyini bildirib: “Bəzi komanda yoldaşlarım Klop vəzifəyə gələndə mənə çox şanslı olduğumu bildirmişdi. Çünki o, Dortmund “Borussiya”sına rəhbərlik etdiyi vaxtlarda məni transfer etmək istədiyini demişdi. Eyni məşqçinin indi məni niyə ehtiyatda saxladığını anlaya bilmirəm”. 

 

Qeyd edək ki, Benteke mövsümün əvvəlində Brendan Rocersin istəyi ilə 32 milyon funt sterlinqə “Aston Villa”dan transfer edilmişdi.