Benzema “Roma” ilə oyunu buraxacaq?
29.02.2016 - 18:54
Benzema “Roma” ilə oyunu buraxacaq?

“Real” hücumçusu Kərim Benzemanı itirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sağ ayağındakı ağrılar fransalı forvardın məşqdən kənar qalmasına səbəb olub.

 

Tibbi müayinədən sonra Benzemanın La Liqanın XXVII tur çərçivəsində “Levante” ilə martın 2-dəki görüşü buraxacağı dəqiqləşib. Forvardın həmçinin bundan 3 gün sonra “Selta” ilə qarşılaşmanı buraxmaq ehtimalı da yüksəkdi. Həkimlər hətta Benzemanın Çempionlar Liqasının 1/8 final mərhələsində (8 mart) “Roma” ilə cavab görüşündə iştirakı da sual altındadı.

 

Qeyd edək ki, “Real”ın müdafiəçiləri Pepe, Marselo və hücumçusu Qaret Beyl də hazırda zədədən əziyyət çəkirlər.