Berdıyev Rusiya millisi ilə “Spartak”ı üz-üzə qoydu
07.08.2016 - 15:38
Berdıyev Rusiya millisi ilə “Spartak”ı üz-üzə qoydu

“Rostov”un baş məşqçi postundan ayrılan Qurban Berdıyevin karyerasını harda davam etdirəcəyi bilinmir. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı onun “Spartak”la anlaşdığını yazsa da, məşqçi özü bunu inkar edib.

 

Digər tərəfdən Rusiya Futbol Federasiyasının (RFF) prezidenti Vitali Mutko “rsport.ru” saytına açıqlamasında bildirib ki, milli komanda olaraq türkmən məşqçiyə təklif irəli sürüblər.

 

RFF rəhbəri qeyd edib ki, Berdıyev gələn həftə öz qəti qərarını verməlidir. Onun “Spartak”da, yoxsa millidə çalışacağı bazar ertəsi günü bilinəcək.