Berluskoni ölümdən döndü
09.06.2016 - 21:57
Berluskoni ölümdən döndü

“Milan”ın sahibi Silvio Berluskoni ölümdən dönüb. Apasport.a saytının məlumatına görə, bu barədə “La Gazetta dello Sport” nəşri xəbər yayıb.

 

Qəflətən səhhəti kəskin pisləşən italiyalı iş adamını xəstəxanaya aparıblar və o həkimlərin səyi nəticəsində həyatda qalıb.

 

İtaliyanın keçmiş baş nazirində ürək çatışmazlığı aşkar olunub ki, həkimlər onun təcili əməliyyata ehtiyacı olduğunu bildiriblər.

 

Hazırda vəziyyəti stabil olan Berluskoni gələn həftə ərzində əməliyyat olacaq.