Beyl “Levante” ilə oyunu da buraxacaq?
01.03.2016 - 17:49
Beyl “Levante” ilə oyunu da buraxacaq?

“Real”ın hücumçusu Qaret Beyl zədəsini sağaldıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uzun müddətdi komandadan ayrı qalan uelsli forvard artıq məşqlərə başlayıb.

 

Beyl bu gün kollektivlə birgə hazırlıqlarda iştirak edib. Əzələsində yırtılma olduğu üçün 6 həftəlik sıradan çıxan ulduz futbolçunun La Liqanın XXVII turu çərçivəsində “Levante” ilə görüşdə iştirakı sual altındadı. Baş məşqçi Zinəddin Zidan onu bu qarşılaşmada riskə atmaq istəmir. “Kral klubu”nun digər aparıcı oyunçuları Kərim Benzema və Luka Modriçin isə “Levante” ilə matçı buraxacağı dəqiqdi.

 

Qeyd edək ki, sabah keçiriləcək “Levante” – “Real” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.