Biri bağışlandı, biri yox
11.02.2017 - 01:47
Biri bağışlandı, biri yox

İtaliya Futbol Federasiyasının İntizam Komitəsi “İnter”in şikayətinə baxıb. Apasport.az saytının məlumatına görə, “neradzurra” A seriyasının 23-cü turu çərçivəsində baş tutmuş “Yuventus”la oyunda (0:1) birbaşa qırmızı vərəqə almış İvan Perişiçin və hakimə sərt etiraz edən Mauro İkardinin 2 oyunluq cəzasının aşağı salınmasını tələb etmişdi.

 

İntizam Komitəsi “İnter”in müraciətinə baxıb. Komitə Perişiçin cəzasının 2 oyundan 1 oyuna endirsə də, İkardinin cəzasını olduğu kimi saxlayıb.

 

Bu da o deməkdi ki, kapitan İtaliya A seriyasının “Empoli” və “Bolonya” ilə oyunlarında “İnter”ə kömək edə bilməyəcək. Perişiç isə yalnız “Empoli” ilə oyunu buraxacaq.

 

Qeyd edək ki, hazırda hesabında 42 xal olan “İnter” 5-ci pillədə qərarlaşıb.