Blatter və Platini qalmaqallı oyunu tənqid etdi
15.10.2014 - 22:21
Blatter və Platini qalmaqallı oyunu tənqid etdi

FİFA prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini AVRO-2016-nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya oyunu ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, hər iki futbol məmuru qalmaqallı qarşılaşmanı tənqid edib.

 

Mişel Platini sözügedən matç haqda bunları dilə gətirib: “Güman edirik ki, futbol insanları birləşdirməlidir. Bu oyunu siyasətlə qatışdırmaq lazım deyil. Dünən gecə Belqradda olmuş hadisə yolverilməz idi”.

 

“Futbol siyasi hədəflərdə istifadə olunmamalıdır. Mən onu qətiyyətlə ittiham edirəm” – deyə, Blatter bildirib.

0