Blatterin bəzi səlahiyyətləri davam edir
17.03.2016 - 23:11
Blatterin bəzi səlahiyyətləri davam edir

FİFA-nın keçmiş prezidenti Yozef Blatter futboldan uzaqlaşdırılması ilə bağlı növbəti dəfə etiraz edib. Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edən isveçrəli funksioner ona verilən 6 illik cəzanın qaldırılmasını tələb edir.

 

Bu barədə CAS-ın rəsmi saytı xəbər yayıb. Bundan əlavə Blatter apelyasya şikayətinə cavab gələnə qədər bəzi səlahiyyətlərindən istifadə edə biləcək. Belə ki, ali futbol qurumu tərəfindən ona təhkim olunan xidməti mənzil, avtomobil və sürücü hələ də eks-prezidentin ixtiyarında qalacaq.