Borininin transfer qiyməti açıqlandı
16.04.2016 - 17:11
“Sanderlend”in hücumçusu Fabio Borini karyerasını yenidən İtaliyada davam etdirə bilər. Apasort.az saytı xarici mətbuata istinadən xəbər verir ki, onunla “Latsio” yaxından maraqlanır.
“Qara pişiklər” Borinini satmağa qarşı deyillər. Ancaq bunun üçün italiyalılar tələb olunan məbləği ödəməlidilər.
Borininin transfer qiyməti 10 milyon avro civarında dəyərləndirilir.
Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Suonsi”, “Parma”, “Roma” və “Liverpul” klublarının formasını geyinmiş Borini Premyer Liqanın cari mövsümündə 17 oyunda 3 qola imza atıb.
0
0