[b]Klaudio Bravo “Mançester Siti”yə, Dieqo Alves “Barselona”ya[/b]
16.08.2016 - 09:48
[b]Klaudio Bravo “Mançester Siti”yə, Dieqo Alves “Barselona”ya[/b]

“Barselona” əsas qapıçısı Klaudio Bravo ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli qolkiper “Mançester Siti”yə keçməyə çox yaxındı.

 

İngiltərə klubunun 25 milyon avroluq təklifi kataloniyalıların ürəyincə olub. Nəticədə klublar arasında ilkin razılıq əldə edilib. 33 yaşlı qolkiperin avqustun 18-də Mançesterə yollanaraq yeni komandası ilə 4 illik müqavilə bağlaması gözlənilir.

 

İspanlar Çili millisinin üzvünə artıq alternativ də tapıb. Belə ki, “Valensiya”nın qolkiperi Dieqo Alves “Barsa”ya yollanmaq üzrədi. Bu keçid La Liqa çempionuna 10 milyon avroya başa gələcək. 31 yaşlı braziliyalı ilə yanaşı, “Valensiya”nın hücumçusu Pako Alkaserin də Barselonaya köçməsi gözlənilir. Bunun qarşılığında yarımmüdafiəçi Serxi Samper və Munir El Haddadi qarşı tərəfə yollanacaq.