Braziliya daha bir yarışa ev sahibliyi edəcək
08.06.2016 - 09:20
2019-cu ildə keçiriləcək Amerika Kuboku turnirinə ev sahibliyi edəcək ölkənin adı məlum olub. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 4 il sonrakı yarış Braziliyada baş tutacaq.
Bu barədə məlumatı KONMEBOL-un prezidenti Alexandro Dominges verib. O bildirib ki, Braziliya 2019-cu ildə keçiriləcək Amerika Kuboku turnirinin öhdəsindən layiqincə gələ biləcək.
Qeyd edək ki, hazırda davam edən Amerika Kuboku-2016 yarışına ABŞ ev sahibliyi edir.
0
0