Braziliya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Uruqvay və Paraqvay yığmalarına qarşı keçriəcəkləri oyunlar üçün heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Tite aşağıdakı oyunçulara dəvət yollayıb.
Qapıçılar: Alison, Ueverton, Ederson
Müdafiəçilər: Joao Miranda, Markinyos, Tyaqo Silva, Karlos Jil, Dani Alves, Faqner, Marselo, Filipe Luis
Yarımmüdafiəçilər: Kazemiro, Fernandinyo, Paulinyo, Juliano, Renato Avqusto, Dieqo, Filipe Koutinyo, Villian
Hücumçular: Neymar, Duqlas Kosta, Roberto Firimino, Dieqo Souza
Qeyd edək ki, “pentakampeonlar” Uruqvayla martın 24-də, Paraqvayla isə 29-da qarşılaşacaq.