Braziliya yığmasının Rio-2016-dakı ulduz “trio”su müəyyənləşdi
18.06.2016 - 17:53
Avqust aydında keçiriləcək Yay Olimpiya Oyunlarında Braziliya yığmasının heyətinə çağırılacaq 3 təcrübəli futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Amerika Kubokunu buraxan 3 ulduz futbolçu doğma arenadakı matçlarda iştirak edə biləcək.
Bunlar PSJ-nin mərkəz müdafiəçisi Tiaqo Silva, “Bavariya”nın yarımmüdafiəçisi Duqlas Kosta və “Barselona”nın hücumçusu Neymardı. Baş məşqçi Rojerio Mikale hər 3 oyunçunun Olimpiadada komandanın heyətində yer alacağını söyləyib.
Qeyd edək ki, Rio-2016-da futbol yarışları 4-20 avqust tarixlərində keçiriləcək.
0
0