Bu rus klubu cümə günü oynamaq istəmir
06.04.2017 - 21:36
Bu rus klubu cümə günü oynamaq istəmir

Rusiya Premyer Liqasında çıxış edən “Anji” klubu maraqlı təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, Maxaçqala təmsilçisinin rəhbərliyi Rusiya Futbol İttifaqına cümə günləri oyunlar keçirməmək istəyi ilə müraciət edib.

 

Yerli mətbuata açıqlama verən klubun Direktorlar Şurasının sədri Anzor Kavazaşvili bildirib ki, həftənin cümə günləri yerli əhali dini mərasimlər üçün məscidlərə gedir, ailələri ilə zaman keçirirlər. Bu səbəbdən də stadionlarda yetəri qədər azarkeş olmur.

 

Rusiya Futbol İttifaqı isə bu məsələdə “Anji”yə güzəşt olunacağını bildirib.