Bundesliqa klubunda yeni baş məşqçi
01.06.2017 - 00:50
Bundesliqa klubunda yeni baş məşqçi

Almaniya Bundesliqa təmsilçisi “Maynts”ın yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, Martin Şmidtdən boşalan vakant posta Sandro Şvarts təyin edilib.

 

38 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb. Bu barədə xəbəri klubun saytı yayıb.

 

Şvarts daha əvvəl klubun U-19 və əvəzedicilərdən ibarət komandalarını çalışdırıb. O, futbolçu kimi 1997-2004-cü illər aralığında “qırmızı-ağlar”ın şərəfini qoruyub.

 

Qeyd edək ki, “Maynts” Bundesliqanın son mövsümünü 15-ci pillədə başa vurub.