Burak Yılmaz Türkiyəyə döndü
27.02.2016 - 00:10
Burak Yılmaz Türkiyəyə döndü

Çinin “Pekin Qoan” klubuna transfer olan Burak Yılmaz yeni komandasında meydana çıxmamış zədələnib. Apasport.az saytının məlumatına görə, Dubayda hazırlıqlarını davam etdirən pekinlilərin heyətində məşqlərin birində əzələsini dartan “Qalatasaray”ın eks-forvardı təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Türkiyə milli komandasının da şərəfini qoruyan hücumçu müalicəsini davam etdirmək üçün İstanbula qayıdıb.

 

Qeyd edək ki, Burakın Çin Super Liqasının ilk həftəsində “Tianjin Teda” ilə oyunda meydana çıxması real görünmür.