Millimizin futbolçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” bu gün ölkə kubokunda növbəti görüşünü keçirəcək. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Hamza Hamzaoğlu bir neçə futbolçunu heyətə daxil etməyib.
Belə ki, o, “Aydınspor”la matça 17 futbolçu aparıb. Bursada qalan oyunçulardan biri də Dəniz Yılmazdı.
28 yaşlı hücumçunun zədəsi yoxdu. Sadəcə, baş məşqçi əsas heyətin bir neçə üzvü kimi, Yılmaza da bu görüşdə istirahət verməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, “Aydınspor” – “Bursaspor” matçı Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.