Busqets İspaniya millisini tərk etdi
22.03.2016 - 22:15
“Barselona”nın yarımmüdafiəçisi Serxio Busqets İspaniya millisinin düşərgəsini tərk edib. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, buna səbəb futbolçunun zədələnməsidi.
Əlinin barmağı qırılan oyunçu İtaliya və Rumınya ilə oyunları buraxmalı olacaq. Həkimlər dayaq yarımmüdafiəçisinə 24 və 27 mart tarixlərində baş tutacaq oyunlarda iştirak etməyə icazə verməyiblər.
Maraqlıdı ki, millinin baş məşqçisi Visente del Boske komandadan ayrılan Busqetsin əvəzinə heyətə kimisə dəvət etməyə gərək duymayıb.
0
0