CAS “Real”ı FİFA qarşısında haqlı çıxardı
16.09.2016 - 21:14
CAS “Real”ı FİFA qarşısında haqlı çıxardı

“Real” FİFA-nın qadağasına görə oynada bilmədiyi oyunçularının xidmətindən istifadə edə biləcək. Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edən “kral klubu” istədiyi cavabı alıb.

 

Belə ki, madridlilər daha əvvəl FİFA-nın Apelyasiya Komitəsinə şikayət etsələr də, istədiklərinə çata bilməmişdilər.

 

Daha yüksək instansiya isə qaneedici qərarı verib.

 

Maraqlıdı ki, meydana çıxması qadağan olunmuş oyunçuların arasında baş məşqçi Zinəddin Zidanın oğulları da var idi.

 

Qeyd edək ki, ali futbol qurumu Madrid klubları “Real” və “Atletiko”ya yaşı 18-dən aşağı olan futbolçuların keçidi zamanı qanunsuzluğa yol verdiklərini əsas gətirərək iki dönəm transfer yasağı qoymuşdu.