Çempionlar Liqasında III mərhələnin cütləri müəyyənləşdi
24.07.2014 - 09:36
Çempionlar Liqasında III mərhələnin cütləri müəyyənləşdi

Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, başa çatan II təsnifat mərhələsindən sonra növbəti mərhələnin 15 cütünün tərkibi dəqiqləşib.

 

Onlardan 5-i püşkdən dərhal sonra bəlli idisə, digər 10-da kimin oynayacağına son oyunlar aydınlıq gətirib. Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gələcək.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

(29-30 iyul və 5-6 avqust)

Çempionlar

“QARABAĞ” (AZƏRBAYCAN) - “Zalsburq” (Avstriya)

“Debretsen” (Macarıstan) - BATE (Belarus)

“Slovan” (Slovakiya) - “Şerif” (Moldova)
“Olborq” (Danimarka) - “Dinamo” (Xorvatiya)
 “Legiya” (Polşa) - “Seltik” (Şotlandiya)
“Aktobe” (Qazaxıstan) - “Styaua” (Rumıniya)

“Maribor” (Slovaniya) - “Makkabi” (Təl-Əviv, İsrail)

HİK (Finlandiya) - APOEL (Kipr)

“Sparta” (Çexiya) - “Malmö” (İsveç)
“Ludoqorets” (Bolqarıstan) - “Partizan” (Serbiya)
Qeyri-çempionlar

AEL (Kipr) - “Zenit” (Rusiya)

“Dnepr” (Ukrayna) - “Kopenhagen” (Danimarka)

“Feyenoord” (Hollandiya) - “Beşiktaş” (Türkiyə)

“Qrasshoppers” (İsveçrə) - “Lill” (Fransa)

“Standard” (Belçika) - “Panatinaikos” (Yunanıstan)

 

0