Çempionlar Liqasının II təsnifat mərhələsinin “Zalsburq” (Avstriya) – “Liepaya” (Latviya) oyununda qeyri-adi hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Avstriya çempionunun müdafiəçisi Andreas Ulmer matçı Almaniyanın “Leypsiq” klubunun formasında keçirib.
“Zalsburq” və “Leypsiq”in rəngləri də, sponsorları da eyni, emblemləri isə oxşar olduğundan matç boyu heç kim bundan xəbər tutmayıb. Yalnız matçdan sonra klub loqosunun üzərindəki yazılarda olan yeganə fərq – klubun adının “Leypsiq” olması aşkarlanıb.
Karyerası boyu “Zalsburq”dan başqa heç yerdə oynamayan Ulmerin bu formanı necə geyinməsi, həmçinin buna görə kluba hansı sanksiyaların veriləcəyi isə hələ dəqiqləşməyib.