“Arsenal” qapıçısı Petr Çexi itirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 33 yaşlı qolkiper mart ayında meydana çıxa bilməyəcək.
İngiltərə Premyer Liqasının XXVIII turunda “Suonsi” ilə qarşılaşmanın son dəqiqəsində qol vurmaq üçün getdiyi rəqib qapısı qarşısına zədələnən Çexiya millisinin üzvünün durumunun ciddi olduğu açıqlanıb. Baş məşqçi Arsen Venger aparıcı qapıçının aprelin əvvəllərində sıraya dönəcəyini bildirib: “Suonsi” ilə görüşdən əvvəl Çexin yüngül zədəsi var idi. Lakin özünü oynamağa hazır hiss etdiyini dediyi üçün onu meydana buraxdım”.
Beləliklə, Petr Çex “Arsenal”ın Premyer Liqada “Tottenhem”, “Vest Bromviç”, “Everton”, Federasiya Kubokunun 1/8 finalında “Hall Siti” və Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə oyununu buraxacaq.