Ceymi Vardi qərarını dəyişdi
20.06.2016 - 18:42
Ceymi Vardi qərarını dəyişdi

“Lester”in hücumçusu Ceymi Vardi qərarını dəyişib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İngiltərə millisinin üzvü “Arsenal”a keçməkdən son anda imtina edib.

 

Halbuki 29 yaşlı futbolçu London klubu ilə 4 illik müqaviləni razılaşdırmışdı. Klublar arasında anlaşmaya görə, “Arsenal” bu transfer müqabilində 20 milyon funt-sterlinq ödəməli idi. Lakin “Lester” rəhbərliyinin maaşı artırmaq təklifi Vardinin fikrini dəyişməsinə səbəb olub.

 

Premyer Liqa çempionu 60 min funt-sterlinqlik həftəlik məvacibi 100 minə yüksəldib. “Arsenal”ın baş məşqçisi Arsen Venger də Vardinin transferinin baş tutmadığını etiraf edib.

 

Qeyd edək ki, Ceymi Vardi ötən mövsüm Premyer Liqada 24 qola imza atmışdı.